KTMT-nin dörd təlimindən üçü Belarusda keçiriləcək

DÜNYA 15 yan 2023, 21:25
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) 2023-cü ilə planlaşdırılan dörd təlimindən üçü Belarusda keçiriləcək.

Bu barədə ölkənin Təhlükəsizlik Şurasının dövlət katibinin birinci müavini Pavel Muraveyko “STV” telekanalına müsahibəsində bildirib.

“Təşkilatın hər il keçirdiyi 4 təlimdən üçünün ölkəmiz ərazisində keçirilməsi planlaşdırılır. Bunlar Çevik Kollektiv Qüvvələrinin “Qarşılıqlı hərəkət”, kəşfiyyat bölmələrinin “Axtarış” və arxa cəbhə qüvvələrinin “Eşelon” təlimləridir. Onların hamısı sentyabrda ölkəmizdə keçiriləcək”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top