Rusiyada böyük bazar YANDI — YENİLƏNİB (VİDEO)

REGİON 15 yan 2023, 12:32
Samara vilayətinin Kinel şəhərindəki bazarda baş verən yanğın nəticəsində bir nəfər ölüb, yanğın 1,5 min kvadratmetr sahədə lokallaşdırılıb.

Demokrat.az xəbər verir ki, bu barədə “RİA Novosti” Rusiya Fövqəladə Hallar Nazirliyinin Samara vilayəti üzrə Baş İdarəsinə istinadən məlumat yayıb.

“Moskva vaxtı ilə saat 8.05-də meyit tapılıb, şəxsiyyəti müəyyənləşdirilir”, - deyə agentliyə operativ xidmətdən bildirilib.

Həmçinin izah edilir ki, Moskva vaxtı ilə saat 6.45-də yanğın lokallaşdırılıb. Yanğının söndürülməsi üçün 118 nəfər və 46 texnika cəlb olunub.

Rusiya Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, yanğına artan təhlükə dərəcəsi verilib. Bazarda baş verən yanğının səbəbi hazırda məlum deyil, alovun söndürülməsi davam edir.

***08:31

Rusiyanın Samara vilayətində güclü yanğın baş verib.

Demokrat.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Samara vilayəti üzrə Baş İdarəsi məlumat yayıb.

Bildirilib ki, Kinel şəhərində ərzaq bazarı yanır. Yanğın sahəsi 1,5 min kvadratmetrdir.

Market dəmir yolu vağzalının yaxınlığında yerləşir. Hadisə yerinə yüzə yaxın yanğınsöndürən və 30-dan çox texnika cəlb olunub.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top