Bayden "F-16"-ların Türkiyəyə satılmasını istəyir

DÜNYA 14 yan 2023, 10:14
ABŞ prezidenti Co Baydenin administrasiyası F-16 qırıcılarının Türkiyəyə satışı üçün konqresdən icazə almağa çalışacaq.

Demokrat.az
xəbər verir ki, bu barədə ABŞ administrasiyasının nümayəndələrinə istinadla “The Wall Street Journal” məlumat yayıb.

Söhbət 40 yeni qırıcının, eləcə də Türkiyədəki bu tipli 79 təyyarənin modernləşdirilməsi üçün dəstlərin satışından gedir.

Bundan əlavə, ABŞ Türkiyəyə 900 hava-hava raketi və 800 bomba satmaq niyyətindədir.

Silah satışı ilə bağlı qərarın Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun yanvarın 17-18-də ABŞ-a planlaşdırılan səfəri ilə üst-üstə düşəcəyi istisna olunmur.

Məlumata görə, F-16-ların Türkiyəyə satılması qərarı ilə eyni vaxtda ABŞ qanunvericiləri Yunanıstana ən azı 30 ədəd beşinci nəsil F-35 qırıcılarının satışını da təsdiqləyə bilərlər.
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top