Peyvənd olunanların sayı açıqlandı — FOTO

SOSİAL 13 yan 2023, 17:06
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 430 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 285, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 39, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 83, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 23 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 13 936 891, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 399 974, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 876 113, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 396 212, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 264 892 nəfər təşkil edir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top