"Media subyektlərinin 3 il müddətinə bir sıra vergilərdən azad olunması nəzərdə tutulur".
Demokrat.az xəbər verir ki, bu sözləri Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov deyib.
O,ötən il ərzində media sahəsində mühüm işlərin görüldüyünü vurğulayıb. İcraçı direktor gələcək hədəflərlə bağlı da məlumat verib.
"Gələcək hədəflərimiz sırasına bu 5 məsələ daxildir. Birincisi, ənənəvi rəqəmsal mediaya uğurlu keçidin təmin edilməsi, media subyektlərinin kadr, infrastruktur və texniki potensialının gücləndirilməsi, cəmiyyətin mediaya etimadının artırılması, media subyektlərinin müasir dünya trendlərinə uyğunlaşması, media subyektlərinin uğurlu biznəs hədəflərinə uyğunlaşmasıdır."
Bundan əlavə, Əhməd İsmayılov bildirib ki, MEDİA Agentliyində 500-ə yaxın jurnalist və media subyekti ilə görüşlər keçirilib, 60-dan çox dövlət qurumunun mediaya məsul əməkdaşları üçün seminarlar təşkil edilib, media menecerlərin və jurnalistlərin peşəkarlığının artırılması məqsədilə yerli və xarici mütəxəssislərin iştirakı ilə 800 nəfəri əhatə edən təlimlər keçirilib.
Çıxış zamanı bir çox məsələlərə aydınlıq gətirilib.
“Jurnalistlərə güzəştli ipoteka kreditindən istifadə etmək hüququ tanınıb, media məhsullarının və həmin məhsulların istehsalı (nəşri) ilə bağlı kağızın idxalı və satışı ƏDV-dən azad olunub”- deyə İcraçı direktor vurğulayıb.
Aynurə