Erməni generaldan ŞOK: Xankəndinin Bakıya qaytarılması üçün xüsusi plan budur

REGİON 10 yan 2023, 16:52
“Araik Arutyunyan artıq MİS rəisi belə deyil, sadəcə, sifarişləri yerinə yetirib, məsuliyyəti başqalarının üzərinə atmağa çalışır”.

Demokrat.az
xəbər verir ki, bunu Ermənistanın ehtiyatda olan ədliyyə general-mayoru Tatul Petrosyan deyib.

Onun sözlərinə görə, Arutyunyanın qondarma rejimin rəhbəri seçilməsi Ermənistan hökumətinin, xüsusilə Nikol Paşinyanın sifarişi olub.

Petrosyan həmçinin Vardanyanı “şübhəli sima” adlandıraraq, onun real hədəflərinin hələ də bəlli olmadığını deyib. Erməni general Vardanyanın Rusiya və Ermənistandakı aktivlərini sataraq Avropaya, xüsusilə də Britaniyaya köçürdüyünü söyləyib.

Vitali Balasanyanın vəzifədən uzaqlaşdırılmasına toxunan Petrosyan burada xüsusi planın olduğunu qeyd edib:

“Qərar qəbul olunub ki, Balasanyan gələcək proseslərə mane olmaması üçün təcrid edilsin. Çünki hər kəs bilirdi ki, Balasanyan Qarabağın Bakının nəzarətinə verilməsinə imkan verməyəcək”. (globalinfo.az)


 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top