Türkiyənin Fransadakı səfirliyinə hücum edildi

REGİON 07 yan 2023, 21:28
Türkiyənin Fransadakı diplomatik nümayəndəliyinə "Molotov kokteyli" atıblar.

Demokrat.az Fransa mətbuatına istinadən xəbər verir ki, hadisə yanvarın 5-dən 6-na keçən gecə baş verib.

Naməlum şəxslər Marsel şəhərindəki nümayəndəliyin binasına hücum edib. Bildirilir ki, dörd nəfər Türkiyə səfirliyinə “Molotov kokteyli” atdıqdan sonra hadisə yerindən qaçıblar.

Polis hücum edən şəxslərdən ikisini saxlayıb. Digər iki nəfərin axtarışları davam edir.

Saxlanılan şəxslərin PKK terror təşkilatının tərəfdarı olduğu bildirilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top