Naxçıvanda sərxoş motosikletçi qəza törətdi — VİDEO

HADİSƏ 07 yan 2023, 18:39
Naxçıvan şəhərində yol-nəqliyyat hadisəsi baş verib, bir nəfər xəsarət alıb.

Demokrat.az xəbər verir ki, hadisə şəhərin Azərbaycan məhəlləsi və Qaraçux Kəndi istiqamətində dairəvi yolun kəsişməsində baş verib.

Belə ki, hadisə zamanı motosiklet sürücüsü Məmmədov Asim Məmməd oğlu yol hərəkəti qaydasının tələblərini pozaraq Hüseynov Niyaməddin Yusif oğluna məxsus "Nissan Sunny" markalı minik avtomobili ilə toqquşub. Araşdırmalara görə hadisəyə səbəb Asim Məmmədovun içkili olması və yol hərəkəti qaydasının tələblərini pozması olub.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan Asim Məmmədov təcili tibbi yardım avtomobili ilə xəstəxanaya aparılıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top