Fransa telekanalı Türkiyə torpaqlarını qondarma "Kürdüstan" kimi təqdim etdi

DÜNYA 06 yan 2023, 19:59
Fransanın "France24" telekanalı Türkiyə ərazisi ilə bağlı qalmaqallı xəritə yaımlayıb.
 
Demokrat.az "TGRT Haber"ə istinadən xəbər verir ki, telekanalın yayımladığı xəritədə Türkiyənin Şərqi və Cənub-Şərqi bölgələrin İraq və Suriya torpaqları qırıq -qırıq nöqtələrlə qondarma “Kürdüstan” ərazisi kimi təqdim edilib.
 
“Yaxın Şərq Məsələləri” başlıqlı verilişdə ekranın sağ tərəfində proyeksiya edilən sözdə xəritədə sarı rəngdə “Kürdüstan” sözü ilə xəritə çəkildiyi qeyd edilib.

Türkiyənin şərq və cənub-şərq şəhərlərinin qondarma “Kürdüstan” torpaqları kimi əks olunduğu proqramda Türkiyənin kürdləri tanımaması və bölgəni “Cənub-Şərqi Anadolu” kimi təyin etməsi qalmaqalı da dilə gətirilib.

Jalə 
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top