Fatimədən alacağı 50 mini hara xərcləyəcəyini açıqladı

ŞOU-BİZNES 06 yan 2023, 15:06
Xəbər verdiyimiz kimi, şair Nazilə Səfərli rəqqasə Fatimə Fətəliyevanı məhkəməyə verərək 50 min manat təzminat istəyib. 

Axşam.az xəbər verir ki, Nazilə "Şou xəbər"ə açıqlamasında həmin pulu aldığı təqdirdə ona rəqqasə paltarı tikdirəcəyini söyləyib:

"Əgər məhkəməni udaramsa, alacağım  qonorarın hamısına rəqs paltarı tikdirəcəyəm. Ehtiyacı olan rəqqasələrə bağışlayacağam. Sən yox, mən elədiyim kimi görəcəklər".

Qeyd edək ki, Nazilənin məhkəmədə Fatimədən 50 min təzminat istəməsini Axşam.az saytı yayımlamışdı. 

Xatırladaq ki, rəqqasə ilə şairə arasındakı qalmaqala Nazilənin sosial şəbəkədə yazdığı "Bir rəqqasə reklam etdiyim məkanların birinə zəng edib qışqıraraq deyib ki, bizi dəvət etmirsiniz, kobud şairəni reklama dəvət edirsiniz. Əzizim, vaxtında bizim başımızda böyüyümüz olub. Stolların üstündə göbək rəqsi etməyə icazə verməyiblər deyə, incə qala bilməmişik, kobud qalmışıq. Demək istərdim ki, ağır ol, amma ağır olsan dingildədiyin masalar qırılar. Bağışla" sözlər səbəb olub. Ondan sonra Fatimə bu sözlərin ona aid olduğunu söyləyib. 

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top