Xəbər verdiyimiz kimi, dekabrın 25-i Bakı-Quba magistralının Şabran rayonundan keçən hissəsində “Hyundai” markalı avtomobillə toqquşandan sonra aşan “Opel”də ağır xəsarət alan 47 yaşlı Samirə Əliyeva və 29 yaşlı oğlu Həsənov Fariz Bayramoğlu 10 gün komada qaldıqdan sonra Sumqayıtdakı xəstəxanada dünyasını dəyişib. Qəzada ailənin digər üzvü, S.Əliyevanın həyat yoldaşı Bayram Həsənov yüngül xəsarətlər alıb.
Manset.az-ın əldə etdiyi məlumata görə, qəzada dünyasını dəyişən Həsənov Fariz Bayram oğlu Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətində gizir vəzifəsində çalışıb.
Mərhum Sumqayıt şəhərində yaşayıb, Quba rayonuna anasının onurğasında problem olduğu üçün sınıqçı yanına gediblərmiş. Hadisə onlar geri qayıdarkən baş verib.
Həsənov Fariz Bayram oğlunun bir azyaşlı qızı var.