Bakıda daha bir qəza: Üç avtomobil bir-biri ilə toqquşdu — VİDEO

HADİSƏ 03 yan 2023, 19:08
Xətai rayonu, Babək prospektində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.Az xəbər verir ki, qəzanın görüntüləri sosial şəbəkələrdə paylaşılıb.

Hadisə zamanı “KİA Optima”, “Nissan Kicks” və BMW markalı avtomobillər toqquşub.

Məlumata görə, hadisə yerinə təcili tibbi yardım briqadası cəlb olunub.

Xəsarət alanlar barədə hələ ki məlumat yoxdur.

Həmin görüntüləri təqdim edirik:

Qeyd edək ki, bu gün səhər saatlarında Bakı-Qazax yolunun Qobustandan keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top