Ukrayna kəşfiyyatı: “Rusiyadakı aviabazalara zərbələr daha da dərindən olacaq”

REGİON 03 yan 2023, 08:53
Gələcəkdə Rusiyadakı aviabazalara zərbələr daha da dərindən bilər.

Demokrat.az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov “ABC News”a müsahibəsində deyib.

Bununla belə, o, ölkəsinin Rusiya aviabazalarına hücumlarda iştirakını təsdiqləməyib.

Jurnalistin Ukraynanın Rusiya aviabazasına zərbələr endirib-endirməməsi ilə bağlı sualına o, ancaq müharibə bitdikdən sonra cavab verə biləcəyini deyib.

“Hücumlar getdikcə daha da dərinləşəcək”, - deyə o, onları görməkdən şad olduğunu qeyd edib.

Kəşfiyyat rəhbəri onu da vurğulayıb ki, Krım Ukrayna ərazisidir, ona görə də Ukraynanın lazım bildiyi istənilən silahdan orada istifadə etmək olar. //Report

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top