Messi və Ronaldu 2020-ci ildən bəri ilk dəfə üz-üzə gələcəklər

İDMAN 02 yan 2023, 21:42
Lionel Messi və Kriştianu Ronaldu 2020-ci ilin dekabrından bəri ilk dəfə meydanda qarşılaşa bilər. Onların görüşü portuqaliyalının keçdiyi Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubu ilə argentinalının 2021-ci ildən çıxış etdiyi Fransanın PSJ-si arasında keçiriləcək yoldaşlıq görüşündə baş tutmalıdır.

“Report” “RMC Sport”a istinadən xəbər verir ki, bu klublar gələn ay yoldaşlıq oyunu keçirəcək.

Messi və Ronaldu sonuncu dəfə Çempionlar Liqasında “Yuventus” və “Barselona”nın tərkibində bir-birlərinə qarşı oynayıblar. Belə ki, iki il öncə turinlilər “Barselona”nı darmadağın edib (3:0), portuqaliyalı hücumçu dubla imza atıb.

Qeyd edək ki, oyun Səudiyyə Ərəbistanında baş tutacaq.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top