Mask tarixdə 200 milyard dollar itirən ilk şəxs oldu

DÜNYA 31 dek 2022, 14:41
Amerikalı iş adamı İlon Mask tarixdə 200 milyard dollar itirən ilk şəxs olub.

Demokrat.az
xəbər verir ki, bu barədə “Bloomberg” yazıb.

Agentliyin məlumatına görə, Maskın ötən ilin noyabrına qədər 340 milyard dollara çatan xalis sərvəti, elektrik avtomobil istehsalçısı “Tesla”-nın səhmlərinin düşməsi nəticəsində son həftələrdə 127 milyard dollara düşüb.

Nəşr qeyd edir ki, Mask tarixdə 200 milyard dollardan çox pul toplayan ikinci şəxs olub. İndi iş adamı “öz kapitalından 200 milyard dollar itirən yeganə şəxs” kimi tarixə düşüb.   

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top