Reznikov Qərbdən almaq istədikləri 300 km-lik raketlərdən DANIŞDI

DÜNYA 30 dek 2022, 23:28
Ukraynanın müdafiə naziri Aleksey Reznikov ölkəsinin Qərbdən almaq istədiyi 300 km-lik raketlərin taleyindən danışıb.

Demokrat.az
UNIAN-a istinadən xəbər verir ki, müdafiə naziri qeyd edib ki, hazırda NATO-da raketlərlə bağlı siyasi tərəddüd davam edir. 

Reznikov "Левый берег" qəzetinə müsahibəsində bildirib ki, Qərb tərəfdaşları hələlik Ukraynaya 300 kilometr və ya daha çox məsafədən zərbə endirə biləcək silahlar göndərmək barədə qərar verməyiblər.

O, bildirib ki, tərəfdaşlar tərəfindən “eskalasiyaya yol verilməməsi” məsələsi daim qaldırılır. 

Eyni zamanda, Reznikov qeyd edib ki, 2008-ci ildə onlar Ukrayna və Gürcüstanı NATO-ya qəbul edə bilərdilər. Bu zaman dünya başqa cür inkişaf edərdi və yəqin ki, təhlükəsizlik arxitekturası işləmiş olardı.

 Nazirin sözlərinə görə, Ukrayna bu gün elə müasir silahlara malikdir ki, hətta bir il bundan əvvəl də xəyal edə bilməzdi.

Zamiq
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top