Prezidentdən Firdovsi Umudovla bağlı SƏRƏNCAM

İDMAN 30 dek 2022, 17:08
Prezident İlham Əliyev Azərbaycanda idmanın inkişafında xidmətləri olan şəxslərin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. 

Bununla bağlı Prezident.az məlumat yayıb. 

Sərəncama əsasən, Azərbaycanda idmanın inkişafında xidmətlərinə görə aşağıdakı şəxslər “Tərəqqi” medalı ilə təltif ediliblər:

Çələbiyev Cavid Namiq oğlu

Əsədov Fuad İsmayıl oğlu

İsmayılov Çingiz Məmməd oğlu

Məmmədzadə Nurlana Balahüseyn qızı.

Bundan başqa, dövlət başçısı Azərbaycanda idmanın inkişafında xidmətləri olan şəxslərə “Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb. 

Sərəncama görə, Azərbaycanda idmanın inkişafında xidmətlərinə görə aşağıdakı şəxslərə “Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adı verilib:

Cəfərov Ağanağı Cəfər oğlu

Həmidov Tofik Sadıq oğlu

Həsənov Məlik Ənvəroviç

Xanəliyev Tofiq Sarxan oğlu

İsmayılov Musa Çoban oğlu

Qurbanov Ağa Yusif Kazım oğlu

Mustafayev Ramiz Yaqub oğlu

Namazəliyev Əfsər Hüseyn oğlu

Rəcəbov Faiq Əbdül oğlu

Rəşidov Rəşad Yusif oğlu

Tahirov İsmayıl Ağababa oğlu

Umudov Firdovsi Qəminalı oğlu

Vahabzadə Asmira Hacı qızı

Zudov Aleksandr Nikolayeviç.

Eyni zamanda, Prezident Azərbaycanda idmanın inkişafında xidmətləri olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb. 

Sərəncamla Azərbaycanda idmanın inkişafında xidmətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilir:

Çopsiyev İsmayıl Səməd oğlu

Məmmədyarov Həmid Hilal oğlu.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top