Gömrüyün daha bir generalı işdən çıxarıldı

SOSİAL 29 dek 2022, 20:53
Dövlət Gömrük Komitəsinin daha bir generalı işdən çıxarılıb.

“Unikal”ın əldə etdiyi məlumata görə,  bununla bağlı Komitə sədrinin birinci müavini, sədr vəzifəsini müvəqqəti icra edən Şahin Bağırov müvafiq əmr imzalayıb. 

Əmrə əsasən, Gömrük Tariflərinin Tənzimlənməsi və Ödənişlər Baş İdarəsinin rəisi, general-mayor Vahabov Mirqasım Fazil oğlu təqaüdə göndərilib.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top