“Bakıya, Sumqayıta qayıtmaq istəyən ermənilər gəlsinlər, amma…” — Natiq Cəfərli

SİYASƏT 29 dek 2022, 11:27
“Ermənistanla bağlanacaq sülh müqaviləsində mütləq bu ölkədən zorla qovulmuş türklərin qayıtmaq və öz tarixi yaşam məkanlarına yerləşmək hüququ mütləq qeyd edilməlidir”.

Demokrat.az
bildirir ki, bu sözləri REAL partiyasının sədr müavini Natiq Cəfərli Meta-da yazıb.

O qeyd edib ki, müqavilə “güzkü prinsipi” ilə imzalanmalıdır: “Müqavilədə paralel olaraq yazılmalıdır ki, Azərbaycan ərazisində yaşayan erməni əsilli azərbaycanlılara hansı hüquqlar, təhlükəsizlik təminatı veriləcəksə, eyni haqqlar da Ermənistana qayıtmaq istəyən türklərə də veriləcək”.

N.Cəfərli vurğulayıb ki, buna Ermənistan razı olmalıdır: “Əgər Azərbaycan ərazisində yaşayan soydaşlarının gələcəyini düşünürlərsə, eyni hüquqların öz ərazilərinə qayıdacaq türklərə də verilməsinə razı olmalıdırlar. Əgər hər iki ölkənin ərazisində yaşayan sayca böyük etnik azlıqlar olacaqsa, bu qarşılıqlı şəkildə təhlükəsizliyin zəmanəti də ola bilər”.

Onun fikrincə, son 35 ildə Ermənistan ərazisindən zorla qovulmuş türklərinin indiki Ermənistan ərazisinə, öz tarixi yaşam məkanlarına qayıtması vacib hədəflərdən biri olmalıdır:  “Bu həm də Azərbaycan ərazisində, Xankəndi və ətrafında yaşayan erməni əsilli azərbaycanlıların gələcək təhlükəsizliyi üçün də vacib faktor ola bilər”.

“Əgər kimsə sual verəcəksə ki, bəs erməni əsilli azərbaycanlılar Bakıya, Sumqayıta, Gəncəyə və s., qayıtmaq istəsələr nə olacaq? Gəlmək istəyənlər gəlsinlər. Amma bir məsələ də var: Azərbaycanın şəhər və rayonlarından köçən erməni əsilli azərbaycanlıların bir çoxu Avropaya, ABŞ-a, Rusiyaya köçüblər. Onların bölgəyə geri qayıtması çətin məsələdir, amma Ermənistandan son 35 ildə qovulan 250 minə yaxın türklərin böyük əksəriyyəti elə burada, Azərbaycan ərazisində, Cənubi Qafqazda yerləşiblər”-deyə N.Cəfərli bildirib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top