ABŞ alimləri altsheymer xəstəliyinin diaqnozu üçün qan testi hazırladılar

DÜNYA 28 dek 2022, 22:26
"ABŞ-ın Pittsburq Universitetinin alimləri altsheymer xəstəliyinin diaqnozu üçün qan testi hazırlayıblar".

Demokrat.az xəbər verir ki, Pittsburq Universitetinin Tibb fakültəsindən bir qrup nevroloq altsheymer xəstəliyini aşkarlayıblar.

 Alimlər bu xəstəliyə xas olan "beyindən əldə edilən tau" zülalını aşkar edən antikor əsaslı qan testi üzərində işləməyə başlayıb.Altsheymer xəstəliyinin müxtəlif mərhələləri olan 600 xəstə üzərində sınaqdan keçirilmiş qan testinin nəticələri ənənəvi diaqnostik üsullardan əldə edilən nəticələrlə müqayisə olunub. 

İşlənib hazırlanmış qan testi mövcud ənənəvi diaqnostika üsullarının nəticələri ilə düzmütənasib nəticə verib.  Dosent Tomas Karikari, inkişaf etdirdikləri qan testinin geniş istifadə edilməsi üçün çalışacaqlarını ifadə edərək, hazırda altsheymer xəstəliyinin diaqnozu üçün beyin görüntüləmə tələb olunduğunu aciqlayib. 

"Bu testlər bahalıdır və randevu almaq çox vaxt aparır, bir çox xəstənin MRT-yə çıxışı yoxdur. Əlçatanlıq əsas məsələdir". 

Alimlər vurğulayıblar ki, onların növbəti addımı qan testini müxtəlif irq və etnik mənsubiyyətlərdən olan xəstələr də daxil olmaqla daha çox xəstədə yoxlamaqdır.

Jalə 
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top