Rusiyanın Vardanyan ssenarisi iflasa uğrayacaq" — ŞƏRH

SİYASƏT 28 dek 2022, 22:12
"Ruben Vardanyan  Azərbaycana qarşı “qırmızı xətt”i keçən açıqlamalar verir. Təbii ki, o, təhlükəli gəlişmələrə yol aça biləcək addımlar atır. Hesab edirəm ki, Ruben Vardanyanın verdiyi açıqlamalar konkret ermənilərin regenerasiya prosesinin qarşısını almaq üçündür".

Bu sözləri Demokrat.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib. Politoloq qeyd edib ki, Azərbaycan tərəfi onunla bağlı mütləq şəkildə konkret addımlar atacaq:

"Azərbaycan qəti sürətdə onun fəaliyyətini və imkanlarını genişləndirməsinə imkan verməməlidir. Ümumiyyətlə, onun bu kimi açıqlamaları birbaşa ermənilərin əleyhinədir. Təbii ki, bu, onun yeni təzyiqlərlə və problemlərlə üzləşə biləcəyindən əbər verir. Düşünürəm ki, Ruben  Vardanyanı elə  yerli ermənilər qovub çıxardacaqlar. Çünki onun  proseslərdə rolu konkret olaraq yeni müharibədən xəbər  verir. Bu da ermənilər üçün arzu olunmayan prosesdir. Bilirik ki, Vardanyan Rusiyanın agenti, canişinidir, xüsusilə buna gizli şəkildə də olsa dəstək verir. Hesab edirəm ki, Rusiyanın Ruben Vardanyan ssenarisi iflasa uğrayacaq".

Nəzrin

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top