İstanbulda partlayış: Hava limanında uçuşlar müvəqqəti dayandırıldı — FOTO

REGİON 28 dek 2022, 17:36
Türkiyənin Sabiha Gökçen Hava Limanında uçuşlar dayandırılıb.

Belə ki, İstanbulun Tuzla rayonunda Tepeören ərazisində iş zamanı təbii qaz borusu partlayıb. Buna görə Sabiha Gökçen Hava Limanında ehtiyat tədbiri olaraq uçuşlar dayandırılıb.

Eniş üçün təyyarələr İstanbul Hava Limanına yönləndirilib.

Hansısa təhlükəsizlik probleminin olmadığı müəyyənləşdirilib və bir saat sonra uçuşlar bərpa edilib.

Oxu.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top