“Rusiyanın bölgədən çıxarılması prosesinə start verilib” — ŞƏRH

SİYASƏT 28 dek 2022, 17:03
"Rusiyanın zəifləməsi prosesi Ukrayna müharibəsində düşdüyü vəziyyətdən asılıdır. Bu bir tək digər ölkələrin fəaliyyətindən asılı deyil. Rusiyanın Ukraynaya müdaxiləsi, işğal etmək cəhdi postsovet məkanının bütün ölkələrini Rusiyadan çəkindirib. Çünki başqa ölkələrin də başına bəlli bəlaların gəlməsi ehtimallarını artırır". 

Bu fikirləri Demokrat.az-a açıqlamasında ReAL partiyasının icraçı katibi Natiq Cəfərli deyib. O qeyd edib ki, məhz bu səbəbdən bir çox postsovet ölkələri Qərb ölkələri ilə daha yaxın münasibət qurmaq istəyir:

"Bununla da, Rusiyanın gələcəkdə hər hansı aqressiv addımlar atmasından çəkindirmək üçün özlərini sığortalamaq istəyirlər. Hətta, sovet dönəmində belə SSRİ-ABŞ qarşıdurması zamanı buna bənzər proses  gedirdi. İndi isə postsovet məkanında bir çox ölkələr balanslı siyasət yürütməklə özlərini sığortalamağa çalışırlar. Təbii ki, Rusiya-Ukrayna müharibəsindən çıxdığı vəziyyətdən asılı olaraq, Rusiyanın gələcəkdə bölgələrdən çəkilməsi prosesinin şahidi ola bilərik. Yəni, bu məncə gələcəkdə qaçılmaz bir fakta çevrilə bilər. Çünki Rusiyanın Ukraynadakı düşüdüyü bataqlıq onun bir çox bölgələrdən zəifləyərək çəkilməsi ilə nəticələnəcək. Amma obrazlı desək, müqəddəs yer boş qalmır. O boşluqları da Qərb ölkələrinin doldurması mümkündür. Bu həm Cənubi Qafqaza, həm də Orta Asiya reapublikalarına aiddir".

Nəzrin
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top