Kosovo-Serbiya gərginliyi: Orduya “hazır ol” əmri verildi

DÜNYA 27 dek 2022, 16:14
Kosovonun şimalında yaşayan serb azlıqlarla Kosovo hökuməti arasında gərginliyin yenidən artmasından sonra Serbiya ordusunu döyüş hazırlığı vəziyyətinə gətirib.
 
Demokrat.az
CNN türk-ə istinadən xəbər verir ki, bu barədə Serbiyanın müdafiə naziri Miloş Vuçeviç açıqlama verib. Nazir Kosovo ilə cənub sərhədindəki gərginliyə görə ordunun hər an qarşıdurmaya hazır olduğunu bildirib.

Son zamanlar iki tərəf arasında gərginliyin artması və Kosovoda polis məmurunun saxlanılmasından sonra Kosovodakı serblər sərhədə yaxın ərazilərdə barrikadalar qurublar.
 
Gərginliyə Kosovo administrasiyasının Serbiya dövlət nömrə nişanlı avtomobilləri olan Kosovo serblərinə Kosovo nömrə tələbi tətbiq etmək istəyi səbəb olub.

Bəzi serblər Kosovonun müstəqilliyini tanımadıqlarını bildirərək bu qərara etiraz edirlər.

Serbiya prezidenti Aleksandr Vuçiçin orduya verdiyi göstərişdən əvvəl qərargah rəisi də sərhəd bölgəsinə gedib.

Jalə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top