Polis polkovnik-leytenantı faciəvi şəkildə öldü

HADİSƏ 27 dek 2022, 10:53
Dekabrın 25-də İsmayıllı rayonu, Qurbanəfəndi kəndi ərazisində baş vermiş ağır qəzada xəsarət alan sürücü Qabil İsmayılov xəstəxanada vəfat edib.

Demokrat.az
xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, “Honda” markalı avtomobillə toqquşan “BMW”ni idarə edən Q.İsmayılov polis polkovnik-leytenantı olub. O, daxili işlər orqanlarında bir sıra yüksək vəzifələrdə çalışıb.

Hadisə nəticəsində “Honda” markalı avtomobildə ölən sərnişin, 2002-ci il təvəllüdlü Nurlan Nağıyev isə Bədən Tərbiyəsi və İdman Akademiyasının tələbəsi olub.

Hadisə zamanı xəsarət alanlar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top