Almaniyada pandemiya sona çatır

DÜNYA 27 dek 2022, 00:22
Almaniyada COVID-19 pandemiyası sona çatır.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Almaniya Federal Hökumətinin Koronavirus Şurasının üzvü Kristian Drossen məlumat yayıb.

O bildirib ki, bu qış koronavirusun ilk endemik dalğasını yaşayırlar. Bu isə pandemiyanın sona çatdığını göstərir:

“Qışın sonunda əhalidə COVID-19-a qarşı immunitet çox güclü və sabit olacaq. Ona görə də yayda virusun kütləvi şəkildə yayılma ehtimalı azdır”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top