Pele ailəsi və dostları ilə vidalaşdı

İDMAN 26 dek 2022, 22:17
Əfsanəvi braziliyalı futbolçu Pelenin vəziyyəti pisləşib, o, ailə üzvləri və yaxınları ilə vidalaşıb.

Bu barədə elit idmançılara kommersiya və təşkilatçılıq xidmətləri göstərən britaniyalı iş adamı Frank Xalid sosial şəbəkədə məlumat yayıb.

Onun sözlərinə görə, üçqat dünya çempionu xərçənglə mübarizədə uduzur.

Qeyd edək ki, Pele ürək çatışmazlığı səbəbindən noyabrın sonunda xəstəxanaya yerləşdirilmişdi. Media keçmiş braziliyalı hücumçunun bağırsaq xərçəngi ilə mübarizədə bədəni artıq kimyaterapiyaya cavab vermədiyi üçün palliativ müalicə şöbəsinə köçürüldüyünü bildirib. Lakin futbolçunun qızları Keli və Flaviya bu xəbərləri təkzib edərək atalarının xəstəxanaya yerləşdirilməsinə səbəb koronavirus olduğunu bildiriblər.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top