Sabiq nazir məhkəmədə ifadə verdi — TƏFƏRRÜAT

KRİMİNAL 26 dek 2022, 17:43
"Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Demokrat.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə baş tutan prosesdə şahid qismində nazirliyin daxili nəzarət şöbəsinin rəisi Anar Bayramov ifadə verib. O bildirib ki, təsdiq edilmiş sənəd əsasında obyek və nazirliyin qurumlarında yoxlamalar aparılıb: "İdarələrdə araşdırma aparılırdı, nöqsanlar aşkar olunan kimi arayış hazırlanıb rəhbərliyə təqdim edirdik. Yoxlanmalı olan obyektlər iş planına uyğun müəyyən olunurdu. Yoxlamalara rəhbərlik hər dəfə ayrı ayrı şəxslər təyin edilirdi. Daxili Nəzarət Şöbəsinin əməkdaşlarından təyin olunurdu. Biz arayışı təqdim edirdik rəhbərliyə, nə qərar qəbul olunurdu, ondan mənim xəbərim olmurdu. Kimin kimdən pul alması barədə məlumatım olmayıb". 

Prokuror Babaxan Hüseynəliyev bildirib ki, yoxlamalarla bağlı sənədi şöbənin rəisi Nizami Xanlarov təsdiq edib: "Obyektlərdə aparılan yoxlamalarla bağlı protokolları rəhbərliyə təqdim ediblər. Həmin yoxlamalarda ən hansı qərarlar qəbul edilməsindən xəbərim olmayıb".

Daha sonra Səlim Müslümova ifadə vermək üçün söz verilib. O deyib ki, ibtidai istintaq zamanı geniş ifadə verib və həmin ifadələrini təsdiq edir. O, istintaqa verdiyi ifadəsinə əlavəsi yoxdur. 

Hakim bdirib ki, cinayət işi üzrə ibtidai istintaq zamanı 334 şahid dindirilib və həmin şahidlərin əksəriyyəti dindirilib. 

Hakim deyib ki, mənimsəmə epizodu üzrə ayrılmış cinayət işinin istintaqı zamanı 1 milyon 500 min manat ziyan dövlət büdcəsinə ödənilib. 

Bundan başqa, 98 obyekt üzrə 634 min manata ziyan da ödənilməsi təmin olunub. 

Hakim həmçinin deyib ki, ən çox ziyan "Göy qurşağı" MTK tərəfindən mənimsəmə faktı müəyyən olunub. Bu rəqəm 1 milyon 577 min ziyan müəyyən edilib, həmin ziyanında ödənilməsi təmin olunub. 

Səlim Müslümovun vəkili Ayxan Rüstəmzadə deyib ki, cinayət işi üzrə dindirilən şahidlərin 70 faizi dindirilib və bununla da şahidlərin dindirilməsi ilə kifayətlənmək olar. 

Prokuror isə bu məsələyə növbəti prosesdə münasibət bildərəcəyini açıqlayıb. 

Qeyd edək ki, Səlim Müslümov Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat nəticəsində həbs olunub. Daha sonra onun səhhətində yaranan problemlərlə bağlı ev dustaqlığına buraxılıb.

O, rüşvət alma yolu ilə 13.296.355 manat, mənimsəmə yolu ilə 7.237.188 manat, israf edilmiş yolla 7.087.671 manat ziyan vurduğu üzə çıxıb. Səlim Müslümovun barəsində Cinayət Məcəlləsinin 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü maddələri (təkrar külli miqdarda rüşvət alma) ilə ittiham elan edilib. Cinayət işi üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb. 

Səbail rayon Məhkəməsinin 1 iyul 2022-ci il tarixli qərarına əsasən sabiq nazirə məxsus mənzil, qeyri yaşayış sahəsi və avtomobillərin üzərinə həbs qoyulub.

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top