Sinqapurdan Londona uçan nəhəng təyyarədə qəza yarandı — Bakıya təcili eniş etdi (VİDEO)

HADİSƏ 25 dek 2022, 14:30
Heydər Əliyev Beynəlxalq Aeroportunda Sinqapurdan Londona uçan "Qantas Airways" aviaşirkətinin "Airbus 380" sərnişin təyyarəsi qəza enişi edib. 

Aeroportdan Demokrat.az-a verilən məlumata görə, bu təyyarə ilə sözügedən reysin sərnişinləri bü gün səhər saatlarında Bakıdan təyinat məntəqəsinə yola düşəcəklər.

Qeyd edək ki, dekabrın 23-ü iki göyərtəli A380 hava gəmisinin kapitanı Gürcüstan hava məkanında olarkən Bakı hava limanına eniş siqnalı göndərib.

Buna səbəb təyyarənin yük bölməsindəki tüstü sensorunun işə düşməsi olub.

Bakı aeroportu dünyada bu tipli təyyarələrə xidmət göstərmək üçün lazımi avadanlıq və bu cür böyük hava gəmisini qəbul etməyə hazır uçuş-enmə zolağı ilə təchiz edilmiş azsaylı hava limanlarından biridir.

Xatırladaq ki, bu, A380 təyyarəsinin uçuş heyətinin Heydər Əliyev Beynəlxalq Aeroportuna göndərdiyi ilk qəza eniş sorğusu deyil.
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top