Bakıda nənə və nəvəni avtomobil vurub, ölən var

HADİSƏ 24 dekabr 2022, 23:26
Bakının Xəzər rayonunda ağır yol qəzası zamanı uşaq ölüb.

APA xəbər verir ki, hadisə Binə qəsəbəsində qeydə alınıb.

Sovxoz adlanan ərazidə 1951-ci il təvəllüdlü Tubət Əliyeva və onun nəvəsi 2011-ci il təvəllüdlü Əliyev Tunar Rahil oğlunu minik avtomobili vurub.

Zərbənin təsirindən R.Əliyev hadisə yerində ölüb.

Onun nənəsi isə ağır vəziyyətdə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı Xəzər Rayon Polis İdarəsinin əməkdaşları araşdırma aparır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top