Həyat yoldaşı evdə çəkiliş edilməsinə icazə vermədi

MƏDƏNİYYƏT 24 dek 2022, 19:53
Xalq artisti Gülyanaq Məmmədova "Zaurla Günaydın" proqramının evində çəkiliş etməsinə icazə verməyib. 

Müğənni həyat yoldaşı Ziyanın buna icazə vermədiyini deyib. Aparıcı Zaur Baxşəliyev bunun üçün Məmmədovadan incidiyini deyib:

"İndi sənin evində bir adam ola, Ziya qapı aça... Çəkiliş ola orda...".

G.Məmmədova isə "Nə vaxt istəyirsiniz gəlin, amma kamera yox. Ailəm, yoldaşım sevmir. Onu qoruyuram. Həyat yoldaşım sevmir ki, evində kamera olsun. Deyir, sənin sənəntin maraqlıdır" cavabını verib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top