Kamran Əliyev köməkçisinə yüksək vəzifə verdi

DAXİLİ SİYASƏT 23 dek 2022, 14:34
Baş Prokurorluqda yeni təyinat olub.

Lent.az-ın əldə etdiyi məlumata görə, bu barədə Baş prokuror Kamran Əliyev müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Baş prokurorun böyük köməkçisi Mahir Abbasov tutduğu vəzifədən azad edilərək Baş Prokurorluğun Dövlət təhlükəsizliyi, fövqəladə hallar və sərhəd xidməti orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəisi təyin edilib.

Qeyd edək ki, həmin idarənin rəisi olmuş Ramil Məcidov bir neçə gün əvvəl işdən çıxarılıb. 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top