Azərbaycanda polis yol qəzasında öldü

HADİSƏ 23 dekabr 2022, 08:44
Ağstafada ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Daxili İşlər Nazirliyindən Demokrat.az-a verilən məlumata görə, hadisə Qırlı kənd yolunda qeydə alınıb.

Minik avtomobilinin ağaca çırpılması nəticəsində sürücü 1987-ci il təvəllüdlü Alıyev Aqil Məqsəd oğlu həlak olub.

Məlumata görə, o, Qazax rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşı, polis leytenantıdır.

Faktla bağlı araşdırma aparılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

Top