AZƏRTAC-ın Ukrayna müxbiri ölkənin patriarxı tərəfindən medalla təltif edildi — FOTOLAR

SOSİAL 21 dek 2022, 21:34

AZƏRTAC-ın Ukrayna və Şərqi Avropa ölkələri üzrə xüsusi müxbiri Emil Hüseynli ölkə Patriarxı Filaret tərəfindən medalla təltif edilib.

Bu barədə jurnalist özünün “Facebook” hesabında məlumat verib. 

"Kiyev və bütün Ukraynanın Patriarxı Filaret tərəfindən medalla təltif edildim. Ukraynanın güclənməsinə və inkişafına verdiyim töhfəyə görə mükafatlandırıldım.
Patriarx Filaretin öz iqamətgahında keçirilən mərasimdə, həmçinin Ukrayna Silahlı Qüvvələrinin və güc strukturlarının hərbçiləri, könüllülər və ukraynalı jurnalistlər də mükafatlandırılıb" - deyə E.Hüseynli bildirib.

Emil Hüseynli qeyd edib ki, “bu mükafat təkcə mənə deyil, bütövlükdə Azərbaycan dövlətinə, Azərbaycan jurnalistlərinə verilən qiymətdir!!!”.






DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top