Dünya çempionatı üç ildən bir keçirilə bilər

İDMAN 20 dek 2022, 18:06
FIFA prezidenti Canni İnfantino dünya çempionatının üç ildən bir keçirilməsini istəyir.

Demokrat.az
  xəbər verir ki, ali futbol qurumunun rəhbəri buna səbəb kimi mundiala marağın böyük olmasını göstərib.

İsveçrəli funksioner klublararası dünya çempionatı və qitə turnirlərinin mundiallar arasındakı illərdə baş tutmasının tərəfdarıdır. Amma bu dəyişikliklər yalnız 2030-cu ildəki dünya çempionatından sonra mümkündür. Çünki 2024-cü ildən 2030-cu ilə qədər beynəlxalq futbol təqvimi, demək olar ki, təsdiqlənib.

Qeyd edək ki, FIFA Qətərdə keçirilən DÇ-2022-də 6,2 milyard funt sterlinq gəlir əldə edib. Bu isə 2018-ci ildə Rusiyada baş tutan mundialdan 840 milyon funt sterlinq çoxdur.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top