"Çox təəssüf ki, rus sülhməramlı qüvvələrinin komandanlığı tərəfindən indiyədək etirazçıların aksiyasına reaksiya verilməyib. General Volkov əraziyə gələrək etirazçıların suallarına dinləməyib və onlara cavab vermək istəməyib".
Bu fikirləri Demokrat.az-a açıqlamasında politoloq Anar Əliyev deyib. Politoloq qeyd edib ki, bunun da bir neçə səbəbi var:

"Həyata keçirilən qeyri-leqal iqtisadi fəaliyyət və təbii sərvətlərimizin dağıdılması prosesində əldə olunan gəlirlərin müəyyən bir hissəsi general Volkova ötürülür. Bu artıq baş verən situasiya münasibətdə də özünü açıq şəkildə göstərir ki, bu cinayətkar biznesdə Volkov əsas iştirakçılardan biridir. İkinci ən mühüm səbəb ondan ibarətdir ki, Azərbaycan dinc sakinləri uğurlu bir gedişlə, Azərbaycanın Qarabağ bölgəsində Rusiya sülhməramlı qüvvələrin müvəqqəti məsuliyyət zonasına aid olan ərazilərdə bütün proseslərin məhz Azərbaycan dövlətinin iradəsi və istəyindən asılı olaraq davam edəcəyini nümayiş etdirirlər. Gənclərimizin bu aksiyası ilə biz rus sülhməramlı qüvvələrinə arxalanaraq bölgədə özlərinin separatçı davranışlarını və fəaliyyətlərini davamlı olaraq düşünən qruplarına və onların havadarlarına bir daha sübut etdik ki, sülhməramlı qüvvələri prosesə təsir etmək imkanında deyil. Onlar burada müvəqqətidir və onlara ümid olaraq bölgədə heç bir proses planlaşdırıla bilməz.Eyni zamanda, bölgədə yaşayan və yaşamağı düşünən az sayda erməni dinc sakinləri də açıq şəkildə gördülər ki, Rusiya sülhməramlı qüvvələri arxalandıqları, ümid etdikləri separatçıların böyüdərək, şişirdərək bütün proseslərin onlardan asılı olduqlarını nümayiş etdirdikləri rus sülhməramlı qüvvələrini Azərbaycan ordusu xüsusi təyinatlı qrupları, hətta dinc sakinlər qarşısında belə gücsüz, qüdrətsizdir, zəifdir. Onlar nəinki Azərbaycan ordusuna qarşı müqavimət göstərmək, hətta bir neçə dinc sakinin aksiyasının qarşısını almaq belə gücünndə deyil. Hesab edirəm ki, bu aksiyaların ən mühüm nəticəsi məhz bundan ibarət idi".
Aynurə
Demokrat.az