Moskva aeroportlarında güclü qara görə 200-dən çox reys ləğv edildi

DÜNYA 18 dek 2022, 21:50
Moskvanın üç hava limanında - Vnukovo, Domodedovo və Şeremetyevoda güclü qar yağması səbəbindən 200-dən çox reys gecikib və ya ləğv edilib.

 Moskva vaxtı ilə saat 18:40-a olan məlumata görə, Vnukovoda 50 reys gecikib, ikisi isə ləğv edilib.

Domodedovoda 119 reysdən 71-i bir saatdan çox ləngimə ilə həyata keçirilib.

Şeremetyevo hava limanında isə 90 reys gecikib, beşi isə ləğv edilib.

Qeyd edək ki, üç sutakadan çoxdur ki, Moskvaya fasiləsiz olaraq qar yağır.

Fobos hava mərkəzindən açıqlanan məlumata görə, Rusiya paytaxtında qarın hündürlüyü 1989-cu ilin rekordunu qıraraq 38 santimetrə çatıb.
Moskvanın küçələrini qardan təmizləmək üçün 12 500-dən çox texnika və 119 minə yaxın canlı qüvvə işə cəlb olunub.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top