“Etibarsız” pulların satışı cinayətdir? — RƏSMİ CAVAB

SOSİAL 18 dek 2022, 00:08
Sosial şəbəkələrdə, bəzi marketlərdə üzərində etibarsız sözü yazılan əskinaslar satılır. Həmin satış elanları xüsusən, “toyda foto çəkdirmək üçün” başlığı ilə paylaşılır. Bəzilərinin qəsdən, bəzilərinin də bilmədən həmin pullar vasitəsilə alış-veriş edəcəyi isə istisna edilmir.

Bəs görək, qanunvericiliklə etibarsız yazılan pulların satışı və təbliğatı qadağandır?

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev “Lent.az”ın müvafiq sualını cavablandırıb.

Onun sözlərinə görə, hələlik qeyd olunan kağız pullarla əlaqəli cinayətlərə görə polisə şikayət edilməyib:

“Həmin oyuncaq pul nişanlarını özündə əks etdirən kağızlarlarla əlaqədar polis orqanlarına hər hansı kriminal pozuntu ilə bağlı məlumat daxil olmayıb. Oyuncaq kağızların tədavül vasitəsi olmadığına dair üzərində qeyd var. Hər bir halda, əsasən, satıcılar diqqətli olmalıdır. Şübhə olduqda polisi bu barədə məlumatlandırmağı tövsiyə edirik”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
16 apr 2024, 09:22
Top