Zəngilanda ağacəkmə tədbiri keçirilib — FOTOLAR

QARABAĞ 17 dek 2022, 20:45
İşğaldan azad olunan ərazilərdə ekoloji tarazlığın bərpa olunması məqsədilə Zəngilan rayonunda növbəti ağacəkmə tədbiri keçirilib.

Meşələrin İnkişafı Xidmətinin rəsmisi Cabbar Qəribov "Report"a bildirib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmilərinin iştirakı ilə keçirilən ağacəkmə tədbirində Nazirliyin tinglik sahələrində yetişdirilən yerli iqlim şəraitinə uyğun Şərq çinarı və Adi göyrüş tingləri əkilib, palıd toxumları səpilib.

Ölkənin bütün bölgələrində meşəbərpa və ağacəkmə tədbirləri davam edir.

Ölkənin bütün bölgələrində meşəbərpa və ağacəkmə tədbirləri davam edir.

 



SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top