Ukrayna səfiri Azərbaycana təşəkkür edib

XARİCİ SİYASƏT 17 dek 2022, 17:40
“Azərbaycandan sənaye transformatorları və elektrik generatorlarının ilk partiyası artıq Ukraynaya çatıb və Rusiyanın hava hücumlarından ən çox zərər çəkmiş rayonlara yola düşüb”.

Demokrat.az
bu barədə Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski bu barədə feysbukda yazıb.

O bildirib ki, bu yardım indi son dərəcə vacibdir, çünki Ukraynanın mülki əhalisi və mühüm infrastruktur obyektləri davamlı olaraq atəşə tutulur: “Dəstək və köməyə görə dost Azərbaycanın rəhbərliyinə və xalqına səmimi təşəkkürümüzü bildiririk. Yaşasın Ukrayna, Yaşasın Azərbaycan!”

Qeyd edək ki, bu gün Azərbaycanın göndərdiyi növbəti humanitar yardımın bir hissəsi Ukraynaya çatıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top