Bakı metrosunda qadının telefonunu oğurlayan şəxs saxlanıldı

KRİMİNAL 17 dek 2022, 15:53
Metropolitendə Polis Şöbəsinə dekabrın 14-də metro stansiyasında qatarda bir qadının mobil telefonunun qeyri-aşkar şəraitdə oğurlanması barədə məlumat daxil olub. 

Demokrat.az
xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən İmişli rayon sakini Seymur Süleymanov müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top