Bakı-Quba yolunda yük maşını aşdı: Xəsarət alanlar var — FOTO

HADİSƏ 17 dek 2022, 13:35
Bakı-Quba yolunda yük maşını aşıb.

APA-nın məlumatına görə, 1963-cü il təvəllüdlü Rəfail Məmmədovun idarə etdiyi 99-XT-405 markalı yük maşını aşıb.

Qəza nəticəsində sürücü və maşında olan sərnişin xəsarət alıblar. Qəza səbəbindən Bakı-Quba yolunun Şabran rayonu ərazisindən keçən hissəsində avtomobillərin hərəkəti məhdudlaşdırılıb. Maşınlar Şabran rayonunun içərisindən keçərək yollarına davam edirlər.

Faktla bağlı araşdırma aparılır.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top