Bayden Afrikanı G20-yə dəvət edir

DÜNYA 15 dek 2022, 22:19
ABŞ prezidenti Co Bayden Afrika İttifaqını G20 ölkələrinə daimi üzv kimi qoşulmağa dəvət edib. 

Demokrat.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə  o, deyib ki, Afrika müvafiq müzakirələrin aparıldığı hər bir qurum üçün aktualdır.

Afrika İttifaqı qitənin 55 dövlətini birləşdirən beynəlxalq təşkilatdır. Birliyin katibliyi və komissiyası Efiopiyanın paytaxtında yerləşir.

Qeyd edək ki, bu həftə Vaşinqtonda Bayden və bir sıra Afrika liderlərinin iştirakı ilə sammit keçirilib .

Amerikanın Afrikadakı təsiri  keçmiş ABŞ prezidenti Donald Trampın dövründə əhəmiyyətli dərəcədə azalıb və indi Vaşinqton bu yolu davam etdirməkdədir.

Leyla
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top