Volkov Azərbaycan XTQ-nin əməliyyatının qarşını almağa çalışıb: Hərbiçilərimiz isə onun PDM-ni mühasirəyə alaraq ərazidən geri göndərib

GÜNDƏM 14 dek 2022, 17:12
Rusiya sülhməramlılarının komandanı Andrey Volkovun missiyasını başa çatmış hesab etmək olar. Azərbaycana 44 günlük müharibədən sonra komandanın müavini kimi gələn Volkovu 2020-ci ilin dekabır ayında Köhnə Tağlar və Çaylaqqala kəndində erməni diversiya qrupuna qarşı əməliyyat zamanı Azərbaycan XTQ mənsubları yerinə otuzdurublar.

O zaman Volkov Azərbaycan XTQ-nin erməni diversiya qrupuna qarşı əməliyyatının qarşını almağa çalışıb. Ancaq Azərbaycan SQ-nin mənsubları onun PDM-ni mühasirəyə alaraq ərazidən geri göndəriblər. Bir zabit üçün bunun nə demək olduğunu hərbiçilər yaxşı bilir.

Azərbaycan aktivistlərinin əsas tələbi Volkovun onların qarşısına çıxması və suallarını cavablandırmasıdır. Volkov aksiya iştirakçılarının qarşısına çıxa bilər, verilən suallara cavabında mızıldana bilər. Bununla 2 günlük məqsədinə çatmış hesab edilər və bitər. Ancaq Volkov bilərəkdən gərginliyin artmasına oynayır.Öz davranışı ilə general təkçə Azərbaycanlılara qarşı deyil, eyni zamanda Azərbaycanın erməni əsilli vətəndaşlarına qarşı hörmətsizlik edir, insanların hüquqlarını pozur.

Öz aləmində 2020-ci ilin dekabrına görə qisas alır. Ancaq böyük ehtimal artıq Azərbaycan tərəfi diplomatik kanallarla hərəkətə keçib və Volkovun sülhməramlı missiyanın başında olmasının qəbul edilməz olduğunu çatdırıb. Yaxın zamanlarda Volkovun yerinin dəyişdirilməsinin şahidi olacayıq. Böyük ehtimal burda Rusiya ordusunun imicini zədələdiyinə görə qaynar bölgəyə göndəriləcək və bu istiqamətdə məğlubiyyətin əsas səbəbi kimi cəzalandırılaraq ordu sıralarından xaric ediləcək.

Siyasi şərhçi Aqil Məmmədov

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top