İpoteka kreditinin hesablanması qaydası DƏYİŞDİRİLDİ

SOSİAL 13 dek 2022, 12:00
İpoteka krediti borcalanın aylıq məcmu gəlirinin hesablanması qaydasında dəyişiklik edilib.

Nazirlər Kabinetindən (NK) Demokrat.az-a verilən məlumata görə, Qərar əhalinin ipoteka kreditindən faydalanmaq imkanlarının artırılması, ipoteka krediti almaq istəyən şəxslərin gəlir və xərclərinin təhlili işinin təkmilləşdirilməsi məqsədini daşıyır.

Qərarla edilmiş dəyişikliyə görə Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilən ipoteka krediti, o cümlədən güzəştli ipoteka krediti üzrə borcalanın (borcalanların) muzdlu işdən əldə edilən gəlirləri MEİS-in “Sığorta” altsistemi ilə yanaşı, həmçinin “Əmək müqaviləsi bildirişi” altsistemi və vergi, əmək, sığorta, o cümlədən sosial sığorta və bank qanunvericiliyi ilə müəyyən edilmiş digər təsdiqedici sənədlərə əsasən müəyyən ediləcək, tarif (vəzifə) maaşı azalan borcalanların orta aylıq gəlirləri isə dəyişiklik baş verən tarixdən sonrakı real gəlirlərinə uyğun hesablanacaq.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top