Onlar yenə Vətənə xəyanət etdilər — Separatçıları müdafiə edən satqınları tanıyaq...

TƏHLİL 13 dek 2022, 01:01
Dekabrın 12-də səhər saatlarından Azərbaycanın bir qrup qeyri-hökumət təşkilatı (QHT) nümayəndəsi, media təmsilçiləri və ekologiya sahəsində tanınan ictimai fəallar Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Şuşa-Xankəndi yolunu bağladı. Əslində, bu, "bağlanış" sülhə açılış kimi qiymətləndirilməlidir, çünki etiraz sivil formada keçirilir. Və şübhəsiz, Azərbaycan cəmiyyəti Ali Baş Komandan cənab İlham Əliyevin dediyi ki, sülhə hazırdır, lakin Azərbaycanın suveren hüququ tanınmaq şərtilə... 

Bu gün Xankəndi-Şuşa yolunda QHT nümayəndələrinin keçirdiyi etiraz aksiyası həm də onu sübut etdi ki, Azərbaycanda vətəndaş cəmiyyəti heç də radikal müxalifətin iddia elədiyi kimi zəifləməyib. Əksinə, Azərbaycanda vətəndaş cəmiyyəti və media 44 günlük Vətən savaşı zamanı olduğu kimi, indi də milli məsələlərdə bir yumruq kimi birləşib xalqımızın maraqlarını ifadə edə, dünyaya haqq səsimizi çatdıra bilir. Yəni, vətəndaş cəmiyyətimiz təkcə ölkədə deyil, həm də bölgədə ən aktiv bir mərhələyə qədəm qoyub, eyni zamanda, regionda sülhün və əmin-amanlığın bərqərar olması üçün fədakar və nümunəvi addımlar atır. 

Bugünkü aksiya da bu baxımdan çox proqressiv addım sayıla bilər, çünki Azərbaycanda vətəndaş cəmiyyəti nümayəndələri öz ölkəsinin vətəndaşına sahib çıxmağa çalışır. Ali Baş Komandan cənab İlham Əliyev dəfələrlə bəyan edib ki, biz Qarabağ ermənilərinə vətəndaşlığımızı qəbul edəcəkləri təqdirdə Azərbaycanın digər vətəndaşları kimi bütün Konstutsion hüquqları verəcəyik. 

Ancaq təəssüf ki, hələ də işğalçı iddialarla yaşayan Ermənistanın qanunsuz hərbi birləşmələri və qondarma DQR-in saxta hakimiyyəti Qarabağdakı sərvətlərimizi, qızıl yataqlarını talan etməklə həm də erməni vətəndaşlarımızın hüquqlarını pozurlar. Onlar indi bunu dərk etməsələr də, hansısa qüvvələrin təxribatlarına uysalar da, gec-tez həqiqəti qəbul edəcəklər. Əslində, yaxşı olardı ki, bu etiraz aksiyasına Qarabağda yaşayan ermənilər də dəstək verib qoşulsunlar, öz gələcəklərini, müqəddəratlarını, xoşbəxt və firavan həyatlarını Azərbaycan vətəndaşlığında görsünlər. 

Bugünkü aksiya ölkə ictimaiyyətinin əksəriyyəti tərəfindən təqdir olundu, minlərlə insan aksiyaya qoşulmaq üçün sosial şəbəkələr üzərindən açıq müraciətlər edir. Amma çox təəssüf ki, bəzi qara qüvvələr bu sivil etiraza siyasi don geyindirməyə cəhd etdilər. 44 günlük Vətən savaşında olduğu kimi, bu dəfə də radikal müxalifət və xaricdən maliyyələşən Azər Qasımlı, Nurlan Libre, Tural Sadıqlı kimi ünsürlər Azərbaycanın milli maraqlarını düşmənə satmağa hazır dayandılar. Onlar aksiyaya dəstək əvəzinə, Şuşa-Xankəndi yolunda etiraz edən vətəndaşlarımıza qarşı erməni separatçıları kimi eyni mövqe ortaya qoydular. Hətta, "sapı özümüzdən olan baltalar" öz iyrənc hərəkətləri ilə Azərbaycanın vətəndaş cəmiyyətini və mediasına da hücum etdilər, aksiyada iştirak edən Azərbaycan vətəndaşlarını təhqir etməkdən belə çəkinmədilər. Halbuki, QHT və mediamız 44 günlük savaşda olduğu kimi, bu dəfə də böyük qəhrəmalıq və fədakarlıq nümayiş etdirdi. Şübhəsiz ki, Azər Qasımlı, Nurlan Libre, Tural Sadıqlı kimi ünsürlərin bu cür hərəkətləri xaricdən aldıqları yeni sifarişlərin və tapşırıqların nəticəsi ola bilər, əksini düşünməyə arqument belə tapılmır. Çünki "aksiya iştirakçıları nə istəyirdi, tələbləri nə idi?" sualının cavabı hər kəsə o qədər aydındır ki, buna əlavə şərh verməyə belə ehtiyac görünmür.

Aksiyada iştirak edən hər kəs ölkəmizin sərvətlərinin yadelli qüvvələr tərəfindən talan edilməsinə, ekologiyamızın məhv edilməsinə, suveren ərazimizdə yad ünsürlərin "at oynat"masına etiraz edir. 

Xaricdən sifarişlər alıb, erməni daşnaklarının müdafiəsinə qalxan Azər Qasımlı,  Nurlan Libre, Tural Sadıqlı kimi satqınlar bilməlidirlər ki, Vətəni sevmək inam və iman məsələsidir. Biz heç kəsin vətəninə, torpağına, ərazisinə iddia etməmişik, etmirik, amma kimsə də bizim Vətənimizə dil və əl uzatmamamlıdır. Əks halda, cavabı 44 günlük savaşda olduğu kimi "dəmir yumruq" olacaq...


Zaur Hacılı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top