Şuşa - Xankəndi yolu nə vaxta qədər bağlı qalacaq?

GÜNDƏM 12 dek 2022, 19:28
“Əslində, Azərbaycanda fəaliyyət göstərən QHT təmsilçiləri, bloger və jurnalistlərin təşkil etdiyi etiraz askiyasının səbəbləri hər kəsə aydındır”. 

Bu sözləri Yenisabah.az-a açıqlamasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini Elçin Mirzəbəyli Laçın-Şuşa-Xankəndi yolunda baş tutan aksiyalardan danışarkən deyib.
 
Aksiyaların müddətindən söz açan analitik fikrincə, bu yalnız Rusiya sülhməramlılarının adekvat cavabından asılıdır:

“Məlum olduğu kimi, aksiya Azərbaycan ərazisində keçirilir. İndiki şəraitdə azərbaycanlı ekoloqların öz torpaqlarımıza buraxılmaması Rusiya sülhməramlıları tərəfindən nümayiş etdirilən qanunsuz addımdır. Çünki sülhməramlıların qanunsuz davranışları, həmçinin, separatçı qurum nümayəndələrinin Azərbaycan əleyhinə davamlı şəkildə təxribat törətmələrinin qarşısının alınmaması, eyni zamanda da Azərbaycanın təbii resurslarının qanunsuz şəkildə talan edilməsi Azərbaycan tərəfinin müvafiq addımlar atmasını zəruri edir”. 

BAXCP funksionerinə görə, bütövlükdə, bu günə qədər rus sülhməramlılarının davranışları nə 10 noyabr bəyanatının, nə BMT-nin sülhməramlı fəaliyyət haqqında doktrinasının prinsiplərinə, nə də ki, bütövlükdə, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamə müddəalarına uyğun gəlir.

Onun fikrincə, bu, qeyri-adi və indiyə qədər izahı, habelə mahiyyət etibarilə, faəliyyət istiqamətləri aydın olmayan bir sülhməramlı missiya növüdür:

“Çünki bütün beynəlxalq sənədlərdə sülhməramlıların qarşısına qoyulan əsas tələblərdən biri və hətta birincisi, mövcud olduqları ərazi üzərində suveren hüququ olan dövlətin qanunvericiliyinə əməl etmələridir. Bu aspektdən də Azərbaycan ərazilərinə qanunsuz şəkildə xarici vətəndaşların buraxılması, silah-sursatın ötürülməsi, Azərbaycan vətəndaşlarının və dövlət qurumları təmsilçilərinin öz torpaqlarına buraxılmaması sülhməramlı fəaliyyətin bütün prinsiplərinə ziddir və həmçinin də, Rusiya Sülhməramlı Kontingentinin qarşısına qoyulan məqsəd və vəzifələrə tamamilə uyğun gəlmir”.
E.Mirzəbəyli hesab edir ki, buna görə də Azərbaycan tərəfi dinc aksiya ilə etirazını bildirir və adekvat reaksiya göstərərək nümayiş etdirir ki, Azərbaycan heç vaxt qanuni ərazilərinin üzərində yad ünsürlərin hökm sürməsinə və onların müvafiq qanunazidd qərarlar qəbul etməsinə imkan verməyəcək:

“Əgər sülhməramlıların fəaliyyəti bu kontektsdə davam edərsə, şübhəsiz ki, etiraz aksiyaları davam edəcək və düşünürəm ki, tələblərimiz yerinə yetirilməyəcəyi təqdirdə müvafiq aksiyaların daha davamlı və daha geniş bir şəkildə baş verməsi mümkündür. Çünki heç bir azərbaycanlı bugünkü reallıqlarla yanaşı sülhməramlıların fəaliyyəti ilə də razı deyil”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top