Bakıda sabiq prokuroru avtomobil vurdu

HADİSƏ 12 dek 2022, 10:00
Bakının Nizami rayonunda yol qəzası zamanı bir nəfər xəsarət alıb.

Demokrat.az
APA-ya istinadən xəbər verir ki, hadisə Qara Qarayev prospektində qeydə alınıb.

Belə ki, 1961-ci il təvəllüdlü Ağayev Rövşən Həsən oğlu yolun piyada üçün müəyyən edilməmiş hissəsindən keçərkən onu minik avtomobili vurub. Sürücü yaralını Kliniki Tibbi Mərkəzə yerləşdirib. Həkimlər onun vəziyyətinin kafi olduğunu bildirir.

Qeyd edək ki, xəsarət alan R.Ağayev Baş Prokurorluğun Beynəlxalq əlaqələr idarəsində prokuror vəzifəsində çalışıb. O, 2020-ci ildə təqaüdə göndərilib.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top