Gəncədə kütləvi dava borc üstündə olubmuş — YENİLƏNDİ

HADİSƏ 11 dek 2022, 22:04
Gəncədə kütləvi dava zamanı ölən və yaralananların şəxsiyyəti məlum olub.

"Report"un Qərb bürosunun məlumatına görə, şəhər ərazisində kütləvi dava zamanı "5 açılan" silahdan açılan atəş nəticəsində 1980-ci il təvəllüdlü Bayramov Əli ölüb.
Daha iki nəfər - Bayramov Kamal (1986) və Niyazi Bayramov (1994) bıçaq xəsarəti alıb və xəstəxanaya yerləşdirilib. 
Hadisənin tərəflər arasında olan borc pul üstdə baş veridyi deyilir.

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.

xxx

Gəncə şəhərində kütləvi dava olub.


"Report"un Qərb bürosunun məlumatına görə, şəhər ərazisində baş vermiş hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Olay nəticəsində bir nəfər "Vinçester" silahı ilə güllələnərək öldürülüb, 2 nəfər isə bıçaqlanıb.

Hadisənin təfərrüatları hələ məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top