Zakir Həsənov kollegiya iclası keçirdi, tapşırıqlar verdi

HƏRBİ 10 dek 2022, 13:59
Müdafiə naziri Zakir Həsənov Qarabağ iqtisadi rayonunda Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazilərimizdəki qeyri-qanuni erməni silahlı dəstələrinin fəaliyyətinin daim müşahidə edilməsi və nəzarətin daha da gücləndirilməsinə dair müvafiq tapşırıqlar verilib.

Demokrat.az xəbər verir ki, bu barədə nazir Müdafiə Nazirliyinin Kollegiya iclası bildirib.

İclasda döyüş növbətçiliyi və gündəlik xidməti fəaliyyət zamanı yanğın və digər təhlükəsizlik qaydalarına ciddi riayət olunması, şəxsi heyətin ideoloji iş və mənəvi-psixoloji təminatının daha da gücləndirilməsinə xüsusi diqqət yetirilməsinin vacibliyi vurğulanıb.

Nazir tərəfindən xidməti müşavirə zamanı azad edilmiş ərazilərdə görülən mühəndis tədbirlərinə dair konkret tapşırıqlar verilib.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top